AZ

40 milyonluq ukraynalı bu yay Avropa nəhənginə keçə bilər

Ukrayna millisinin və "Bornmut"un mərkəz müdafiəçisi İlya Zabarnı karyerasını Avropa nəhəngində davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport" yayıb.

Xəbərə görə, onun xidmətində PSJ maraqlıdır. Mənbə Paris təmsilçisinin qışdan bəri İlyanı diqqədə saxladığını və transferin bu yay gerçəkləşə biləcəyini vurğulayıb.

Qeyd edək ki, 22 yaşlı Zabarnının "Bornmut"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr