“Diqqət yetirilməli üç məsələ var. Bunlar Rusiya, İran və kriptovalyuta mövzularıdır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan deyib.
“Beynəlxalq vəziyyətin dəyişməsi baxımından iki ssenari var. Bunlardan biri Rusiya və Qərb arasında iqtisadi münasibətlərin normallaşması ilə bağlıdır. Digər bir ssenari isə Qərbin Rusiyaya qarşı sanksiyalarını gücləndirəcək. Görüşlər zamanı əcnəbi həmkarlarımız bunun çox real ssenari olduğuna eyham vurdular. Odur ki, üç məsələyə ciddi diqqət yetirilməlidir: Rusiya, İran və kriptovalyuta… Biz bütün bu ssenariləri müzakirə edirik”, – Qalstyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az