AZ

Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı


Avropa Şurasının sədri Antonio Kosta Aİ-nin ABŞ ilə münasibətləri saxlamaq üçün səy göstərdiyini, lakin tariflər ideyasının “iqtisadi faciə” olduğunu deyib. Onun fikrincə, tariflərin tətbiqi Aİ-yə mənfi təsir göstərdiyi kimi, Amerika iqtisadiyyatına daha pis təsir edəcək.

Avropa Şurasının rəhbəri İspaniyanın Cadena SER radiostansiyasına müsahibəsində deyib: "Biz ABŞ-la münasibətləri saxlamaq üçün səylər göstəririk". Onun sözlərinə görə, ABŞ prezidenti Donald "Tramp tariflər ideyası ilə gəldi, bu, iqtisadi faciədir". Kostaya görə,“Aİ sülh layihəsidir, lakin müdafiəsiz sülh illüziyadır”. "Ona görə də,biz müdafiəyə daha çox sərmayə qoymalı, innovasiyamızı və iqtisadiyyatımızı stimullaşdırmalıyıq” –deyə Antonio Kosta vurğulayıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr