AZ

Oleq Bakinski ev dustaqlığına buraxıldı

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədən kənar keçirilən iclasda belə qərar qəbul edib. 

Vəkil həbs qətimkan tədbririnin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb.

Prokuror da vəsatətə  etiraz etməyib.

Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.

Qərara əsasən Oleq Bakinski barəsində seçilmim həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bakinski məhkəmə zalından azadlığa buraxıldı.

Seçilən
0
7
qafqazinfo.az

8Mənbələr