AZ

Mingəçevirdə şəhidlərin xatirəsi unudulur, ailələr etiraz edirlər

Mingəçevirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin valideynləri övladlarının şəxsi əşyalarını Şəhidlərin Xatirə Muzeyinə təqdim etməkdən imtina edirlər. Bunun əsas səbəbi, muzeyin yararsız vəziyyətdə olmasıdır.

Publika.az Teleqraf-a istinadla dəfələrlə müxtəlif rəsmi qurumlara müraciət etmələrinə baxmayaraq, hələ də muzeyin problemlərinin həll edilmədiyini bildiriblər.

Onların sözlərinə görə, 1995-ci ildən fəaliyyət göstərən Şəhidlərin Xatirə Muzeyi tamamilə yararsız vəziyyətdədir. Muzeyin sahəsi dar, divarları və üzlük daşları dağılıb, havalandırma sistemi isə mövcud deyil. 260 Birinci Qarabağ müharibəsi şəhidinə məxsus 1122 eksponatın nümayişi üçün belə muzeydə lazımi şərait və imkanlar yoxdur. Həmçinin, mövcud eksponatlar da rütubət və havalandırma sisteminin olmaması səbəbindən məhv olmaqda davam edir.

Bütün bunlara əlavə olaraq, muzey mövsüm ərzində ilanların dolaşdığı qorxulu bir yerə çevrilir. Saxlancın əməkdaşı və şəhid bacısı Mətanət İsmayılova mövsüm boyunca muzeydə ilanlarla təmasda olduqlarını bildirib: "Dəfələrlə dezinfeksiya etdirməli oluruq, çünki ilanlar həm bizim, həm də ziyarətçilər üçün təhlükəlidir. Hələ dağılan üzlük daşlarını demirəm. Bu günlərdə bir daş qopub, az qala əməkdaşımızın başını yaracaqdı. Şükürlər olsun ki, ayağının altına düşdü".

Mətanət İsmayılova söyləyib ki, ona görə də şəhidlərin eksponatlarını muzeyə verməkdən imtina edirlər. Onlar, eksponatları ya ev muzeylərində saxlayır, ya da ölkənin digər muzeylərində nümayiş etdirilməsinə üstünlük verirlər.

Seçilən
0
3
publika.az

4Mənbələr