AZ

Moskvada keçiriləcək 9 may paradına 29 ölkənin lideri qatılacaq - SİYAHI

BAKI, 6 may. TELEQRAF

Mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş paradda 29 xarici ölkənin lideri iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bu liderlər Rusiya tərəfindən rəsmi şəkildə dəvət olunub və onların əksəriyyəti parad üçün Moskvaya gələcəyini təsdiqləyib. Xarici qonaqlar üçün mayın 8-də Kreml sarayında xüsusi rəsmi qəbul da təşkil olunacaq.

Paradda iştirak edəcək ölkələr bunlardır Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Efiopiya və sair.

Şimali Koreya isə tədbirdə səfir səviyyəsində təmsil olunacaq.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr