Böyük Britaniyadan olan 2 yaşlı Rut Herbert Qəzza, İordan çayının qərb sahili və Livandakı qaçqın düşərgələrində səhiyyəni dəstəkləyən Fələstinlilərə Tibbi Yardım (Medical Aid for Palestinians -MAP) təşkilatı üçün pul toplamaqdan ötrü 4000 mil (demək olar ki, 6500 km) piyada getməyi planlaşdırır,
Hafta.az “İslamnews” nəşrinə istinadla xəbərverirki, buhaqda“LancashireTelegraph” portalı məlumat yayıb.
Rut ötən cümə günü - mayın 2-də Arnsayddakı evindən yola düşüb. O, 6 ay ərzində 11 ölkəni gəzməyi planlaşdırır və son hədəfi Türkiyədir.
"Mən həmişə əzmkarlığın gücünə inanmışam. Bu səyahət mənim Fələstin xalqı ilə həmrəyliyimi göstərmək üsuludur... Bu, həqiqətən əyləncəli və maraqlı olmalıdır",- deyən ingilis qadın "Facebook" və "Instagram" istifadəçilərini səyahətinin işıqlandırılacağı "Big Trek 4 Palestine" səhifəsini izləməyə çağırıb.