AZ

"Emreliyə fədakarlığına görə təşəkkür edirik"

Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə müqaviləni uzatmamağa qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, II Bundesliqa təmsilçisinin Joti Çatzialexiou məsələyə münasibət bildirib.

"Müqaviləsi başa çatan oyunçularla bağlı mümkün qədər tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Mahirə bu mövsüm göstərdiyi səylər, xüsusən də onun fədakarlığı üçün təşəkkür edirik. Son oyunlarda ona ən yaxşısını arzulayır və mövsümü birlikdə uğurla başa vurmağını diləyirik."

Qeyd edək ki, 28 yaşlı futbolçu yeni mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan "Nürnberq"ə keçib.Emreli  II Bundesliqa təmsilçisində 22 oyun keçirib, 7 qol vurub və 1 assistlə yadda qalıb. Bundan əlavə, DFB Kubokunda bir oyun keçirib və burada da qol vurmağı bacarıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr