AZ

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyəti sabitləşdirib

Kiyev, 6 may, AZƏRTAC

Müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyəti sabitləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski özünün “Telegram” səhifəsində məlumat verib.

“Pokrovsk istiqaməti Rusiya – Ukrayna müharibəsinin ağır cəbhələrindən biridir”, - deyə o yazıb.

Onun sözlərinə görə, müdafiə qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin bu əməliyyat zonasında vəziyyəti sabitləşdirməyi bacarıblar, hətta bəzi yerlərdə strateji üstünlük əldə ediblər.

A.Sirski, həmçinin bildirib ki, ordu bölmələrinə işgüzar səfəri zamanı 425-ci alayın hərbçiləri baş komandanın fəxri mükafatları ilə təltif olunublar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
0
1
azertag.az

2Mənbələr