Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin üzvü Mahir Emreli ilə bağlı qərar verib.
90deqiqe.Az xəbər verir ki, II Bundesliqa təmsilçisi 28 yaşlı hücumçunun müqaviləsini uzatmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"də icarə əsasında çıxış edirdi. Emreli, "Nürnberq"də ümumilikdə 23 oyun keçirib və 8 qol vurub, 1 məhsuldar ötürmə ilə də yadda qalıb.