AZ

Mahir növbəti mövsümə "Nürnberq"də başlamayacaq - RƏSMİ

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Nürnberq" ilə müqavilə yeniləməyəcək.

Fanat.Az xəbər verir ki, məlumatı 2-ci Budesliqa təmsilçisinin mətbuat xidməti yayıb.

"Nürnberq"in idman direktoru Joti Xatsialeksiu klubun saytına açıqlamasında 27 yaşlı hücumçuya uğurlar arzulayıb:

"Müqavilə müddəti mövsümün sonunda başa çatacaq oyunçularla bağlı vaxtında qərar vermək bizim üçün önəmlidir. Mahirlə yaydan sonra əməkdaşlığı davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm".

Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə qoşulan Emreli 2-ci Bundesliqada 7, Almaniya Kubokunda 1 qol vurub.

Seçilən
0
fanat.az

1Mənbələr