Bakı. Trend:
Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan MacarıstanMüdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general QaborBöröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevinvə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanınməzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraqxatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn Macarıstan nümayəndə heyəti Zəfər abidəsininönünə əklil qoyub.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqlarısalamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.Ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıqifadə edən nazir Macarıstanın bütün səviyyələrdə ölkəmizə dəstəyinixüsusi qiymətləndirib.
Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışanmüdafiə naziri ölkələrimiz arasında strateji əməkdaşlığın daha dainkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunuvurğulayıb.
General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilənqonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad vədostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cürsəfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib.
Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraqdoğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmiqarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxriqarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstanrespublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndiprotokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı iləgörüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədəəməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsiilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübəmübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığınınartırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyiqeyd olunub.