AZ

Azyaşlı ukraynalı qızın cəsədi İrəvan gölündə TAPILDI

Azyaşlı ukraynalı qızın cəsədi İrəvan gölündə tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilir ki, xilasedicilər Maya Boryatinskayanın cəsədini İrəvan gölündə aşkar ediblər.

İdarədən verilən məlumata görə, aprelin 27-dən axtarışda olan 2012-ci il təvəllüdlü qızın meyiti mayın 6-da saat 14:15 radələrində aşkar edilib.

Bundan əvvəl, aprelin 27-də azyaşlı Ukrayna vətəndaşının Razdan dərəsində Uşaq Dəmiryolunun yaxınlığında, Razdan çayına düşdüyü barədə məlumat yayılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr