İraqda baş verən qum qasırğası İranada təsir edib.
İraqdan gələn sıx toz kütləsi İranın 7 vilayətində hiss olunub.
Operativ Media bu barədə CNN-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, İran hakimiyyəti 13 milyon insana evdə qalmağı tövsiyə edib.
Sosial mediada paylaşılan görüntülərdə isə küçələrin narıncı dumanla örtüldüyü, bəzi ərazilərdə görmə məsafəsinin tamamilə məhdudlaşdığı göstərilib.