AZ

Rusiya ABŞ səfirinə qələbə paradında iştiraka dəvət göndərib

ABŞ-nin Moskvadakı səfiri Linn Treysiyə 9 may Qələbə paradında iştirak üçün dəvət göndərilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y.Uşakov səfirin paradda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.

"Rəsmi səviyyədə bilmirəm. Mən qeyd etdim ki, ABŞ səfirinə dəvət göndərilib. Onun paradda iştirak edib-etməyəcəyini mayın 9-da görəcəyik", - o bildirib.

Seçilən
0
1
report.az

2Mənbələr