AZ

Trampın “Harvard”la bağlı qərarı qətiləşdi: “Dondurulacaq”

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Təhsil Departamenti Harvard Universitetinə federal maliyyənin verilməsini dayandıracağını açıqlayıb. Nazirlik universitetdən administrasiyanın tələblərinin yerinə yetirilməsini tələb edir.

KONKRET.az xəbər verir ki, ABŞ Təhsil Departamenti Harvard Universitetinə rəsmi məktub göndərərək xəbərdarlıq edib ki, hökumətin tələbləri yerinə yetirilməzsə, universitetə ayrılan mövcud federal vəsait dayandırılacaq. Gələcək maliyyələşmə isə tamamilə dondurulacaq.

Qeyd edək ki, Harvard ABŞ-ın ən köklü və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Mütəxəssislər bu qərarın ölkənin akademik mühitinə ciddi təsir göstərə biləcəyini bildirirlər.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr