Almaniyanın "Nürnberq" klubunun idman direktoru Joti Xatsialeksiu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.
"Report" xəbər verir ki, II Bundesliqa təmsilçisinin rəsmi bu barədə klubun rəsmi saytına açıqlama verib.
O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb: "Müqaviləsi mövsümün sonunda bitən oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm".