"Əgər siz bu yolu seçsəniz, sizi ən parlaq gələcək sizi gözləyir..."
Trampın Yaxın Şərqə səfərindən öncə və ya səfər zamanı girovlarla bağlı razılaşma prosesində irəliləyiş olacağını gözləyirəm.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff İsrailin Vaşinqtondakı səfirliyində yəhudi dövlətinin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə səsləndirib. Məlumatı "israelinfo.co" nəşri yayıb.
"Ümid edirəm ki, bütün girovları azad edə biləcəyik, - Uitkoff deyib. - Bu barədə demək olar ki, hər gün Qətər, Misir və İsrail rəsmiləri ilə danışıram. Girovluqdan sağ çıxanlarla görüşüm, onların və ailə üzvlərinin yanında "İsrail xalqı yaşayır" mahnısını oxumağımız həyatımın ən xoşbəxt anı idi".
ABŞ prezidentinin xüsusi elçisinin çıxışında yəhudi dövlətinin daxili siyasi vəziyyətinə də xüsusi yer ayrılıb. "Mən İsrail xalqını parçalanma deyil, birlik yolunu seçməyə, münaqişələri deyil, məyusluq əvəzinə ümidi seçməyə çağırıram", - Stiv Uitkoff vurğulayıb. - "Əgər siz bu yolu seçsəniz, sizi ən parlaq gələcək sizi gözləyir".
HƏMAS İsraillə artıq razılaşmaq istəmədiyini bəyan edib
HƏMAS Siyasi Bürosunun üzvü Basim Naim bəyan edib ki, qruplaşma artıq İsraillə atəşkəs danışıqlarında maraqlı deyil və beynəlxalq ictimaiyyəti Qəzza bölgəsində aclıq, susuzluq və qətllərlə bağlı cinayətləri dayandırması üçün Benyamin Netanyahu hökumətinə təsir göstərməyə çağırıb.
"Qəzza bölgəsində aclıq və məhvetmə müharibəsinin davam etdiyi müddətdə danışıqlar aparmağın və ya yeni atəşkəs təkliflərini nəzərdən keçirməyin mənası yoxdur", - Basim Naimin sözlərindən Britaniyanın "The Guardian" qəzeti iqtibas gətirib.
O, əlavə edib: "Beynəlxalq ictimaiyyət, ilk növbədə BMT təsisatları İsrailin insanları aclıqla məhvetmə siyasətini hərbi cinayət kimi qiymətləndirib" və artan aclıq fonunda "Qəzza bölgəsinə təcili yardımın çatdırılmasının zəruriliyini" vurğulayıb.
Eyni kontekstdə Fransa xarici işlər naziri Jan-Noel Barro İsrailin Qəzzaya nəzarəti ələ keçirmək planını və "Gideonun arabaları" adlanan yeni hərbi kampaniyasını "qəti şəkildə pislədiyini" bəyan edib.
"Bu, qəbuledilməzdir, - Barro Fransanın RTL radiostansiyasına açıqlamasında bildirib. - Ən təcili ehtiyac atəşkəsin təmin olunması və humanitar yardımın qarşısıalınmaz şəkildə çatdırılmasıdır". O, əlavə edib ki, İsrail hökuməti "beynəlxalq humanitar hüququ pozur".