Ümumi Yığıncağın 2 aprel 2025-ci il tarixli qərarına əsasən, obyektlərin tikintisi fəaliyyətilə məşğul olan "Modern Construction Group" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.
FED.az xəbər verir ki, bununla əlaqdar olaraq Şirkət yenidən təşkil edilib. "Modern Construction Group"ın AZ1002025125 dövlət qeydiyyat nömrəli 100 ədəd adi adlı səhmi (məhdudiyyətli) dövriyyədən çıxarılır.
Qeyd edək ki, şirkət 2022-ci ildə MMC-dən QSC-yə çevrilmişdi.
Şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 780 min manat nizamnamə kapitalı na malikdir.
Qanuni təmsilçisi Quliyev Arif Avtandil oğludur.
Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.25 B, m.5-ci mərtəbə ünvanıdır.