BAKI, 6 may. TELEQRAF
Bu gün yerli vaxtla saat 15:15-də Bundestaqda Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyi üzrə səsvermənin ikinci turu keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Xatırladaq ki, Mertsin Almaniya kansleri seçilməsi üçün Bundestaqda səsvermənin birinci turu keçirilib. 310 deputat lehinə səs verib. Seçilmək üçün 630 deputatdan 316-nın səsi lazım idi. Ölkənin əsas qanununa görə, namizəd birinci turda mütləq səs çoxluğu (50+1) əldə etmədikdə, iki həftə ərzində ikinci tur keçirilir.