
Kriştianu Ronaldonun böyük oğlu Kriştianu Ronaldo Jr. ilk dəfə Portuqaliyanın U-15 milli komandasını təmsil etmək üçün çağırılıb.
Yeniavaz.com Portuqaliya mətbuatına istinadla xəbər verir ki, 13 yaşlı Ronaldo Jr. artıq Xorvatiyada gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyini təsdiqləyib.
Portuqaliyanın U-15 yığması mayın 13-dən 18-dək Xorvatiyada keçiriləcək Vlatko Markoviç turnirində mübarizə aparacaq. U-15 yığmasının burada dörd yoldaşlıq oyunu keçirməsi planlaşdırılır ki, bu da balaca Ronaldoya milli formanı geyinmək və beynəlxalq səhnədə istedadını nümayiş etdirmək fürsəti verəcək.