BAKI, 6 may. TELEQRAF
2021-ci ildə ictimaiyyəti Ermənistanın sabiq prezidenti Robert Köçəryanın baş nazir seçiləcəyinə inandırmağa çalışan “Gallup” sorğu mərkəzi yenidən eyni yola əl atıb.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.
“2021-ci il seçkiləri ərəfəsində həmin “Gallup” Köçəryanla Baş nazir Paşinyanın şanslarının demək olar ki, bərabər olduğunu açıqlamışdı. Sonda bu şansların nə qədər bərabər olduğunu gördük. Həmin “Gallup” yenə də insanları inandırmağa çalışır ki, Köçəryanın reytinqi artıb. Bəs “Gallup”un reytinqi necə?
2026-cı il seçkilərinə yaxınlaşdıqca, Köçəryanı mədh edən “Gallup” onun “reytinq”ini bir o qədər yüksəldəcək. Tanış mənzərədir”, - ölkə rəsmisi bildirib.
Xatırladaq ki, 2021-ci ildə keçirilən parlament seçkilərində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası (53,91 faiz səs) Robert Köçəryanın “Ermənistan” blokunu (21,9 faiz səs) böyük fərqlə məğlub etmişdi.