Millimizin futbolçusu Mahir Emreli mövsümün sonunda “Nürnberq”dən ayrılacaq.
Msport.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilə uzdılmayacaq.
Klubun idman direktoru Coti Xatzialeksiu artıq futbolçu ilə bütün detallarda ortaq məxrəcə gəldiklərini deyib: “Məsələyə aydınlıq gətirmək üçün müqaviləsi başa çatan oyunçularla bağlı mümkün qədər tez qərar qəbul etmək bizim üçün vacibdir. Mahirlə birlikdə əməkdaşlığımızı yaydan sonra davam etdirməmək barədə razılığa gəldik. Mahirə bu mövsüm göstərdiyi səylərə görə təşəkkür etmək istərdik”.