AZ

Polşa prezidentliyinə qalmaqallı namizəd toxunulmazlıqdan məhrum edilib

Avropa Parlamenti Avropa Parlamentinin deputatı və prezidentliyə namizəd Qrzeqorz Braunun toxunulmazlığının ləğvinə səs verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

“Çərşənbə axşamı Strasburqda Avropa Parlamenti Polşada keçiriləcək prezident seçkilərində namizəd olan Avropa Parlamentinin deputatı Qrzeqorz Braunun toxunulmazlığının ləğvi üçün səs verib “, – deyə məlumatda deyilir.

Bundan əvvəl Polşanın ədliyyə naziri və baş prokuroru Adam Bodnar bildirib ki, prokurorluq Braunun toxunulmazlığının ləğvi üçün Avropa Parlamentinə petisiya təqdim edib.

Qeyd olunur ki, Qrzeqorz Braun qalmaqallı davranışı ilə tanınır. Keçən ilin dekabrında o, parlament binasında quraşdırılmış yəhudiliyin simvollarından biri hesab edilən yeddi budaqlı şamdanı, menoranı söndürmək üçün yanğınsöndürəndən istifadə edib.

Seçilən
0
nocomment.az

1Mənbələr