UEFA prezidenti Aleksander Çeferin İtaliya futbolunun infrastrukturu haqda danışıb.
Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına danışan funksioner tənqidi sözlər deyib:
“İtaliyanın futbol infrastrukturu utanc doğurur. Dünya və Avropanın çempionu olmuş, Çempionlar Liqasını qazanmış böyük klubları olan dövlətlərdən birinin bu vəziyyətdə olması maraqlıdır. Böyük ölkələr arasında ən zəif infrastruktur İtaliyadadır. Ümid edirəm ki, İtaliya bu məsələdə hansısa addım atacaq. Vəziyyət kritikdir və dərhal tədbir görülməlidir”