London "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger Avropa Liqasının qalibinin növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanmasını doğru qərar saymadığını deyib.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssisin sözlərini "BeIN Sports" belə çatdırıb:
"Avropa Liqasının qalibi avtomatik olaraq Avropa Liqasında iştirak hüququ qazanmalıdır, Çempionlar Liqasında yox. Xüsusilə söhbət ÇL-də artıq 5 komanda ilə təmsil olunan İPL klublarından gedirsə... UEFA bu məsələyə yenidən baxmalıdır. Digər tərəfdən, sizə deyəcəklər ki, bu qərar Avropa Liqasının daha məzmunlu və maraqlı olması üçün çıxarılıb".
Xatırladaq ki, AL-in yarımfinalında "Tottenhem" "Budyo Qlimt"lə (ilk oyun 3:1), "Mançester Yunayted" isə "Atletik"lə (ilk oyun 3:0) mübarizə aparır.
Nihat