AZ

Müəllimlər “TikTok”-da:Yeni auditoriya

“Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları “TikTok”-da paylaşmaqla bağlı çağırışı müasir dövrün təhsil modelinə atılmış cəsarətli addımdır. 

Bu təşəbbüs müəllimin sinif otağından çıxaraq cəmiyyətin geniş kütlələrinə çatmasına, fənlərin qısa, anlaşılan və vizual izahlarla təqdim olunmasına şərait yaradır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, artıq bir riyaziyyat düsturu, bir tarixi hadisə və ya bir dil qaydası 60 saniyəyə milyonlara çata bilər: 

“Bu, həm şagirdin öyrənmə motivasiyasını artırır, həm də müəllimin ictimai nüfuzunu gücləndirir. Dünya artıq bu yolu gedir: 

ABŞ-də, İngiltərədə və Hindistanda müəllimlər "TikTok" vasitəsilə yüz minlərlə insana tədris materialları çatdırır, sosial şəbəkəni maarifçilik alətinə çevirirlər.

Bu təşəbbüs davamlı və peşəkar şəkildə icra olunarsa, təhsilimiz daha əlçatan, müəllimimiz isə daha görünən olacaq. Təhsili şagirdin getdiyi yerə aparmaq – XXI əsrin pedaqogikasının əsas şərtidir.Rəqəmsal təhsilə doğru bir addım da atıldı. Dəstək verilməlidir”.

Seçilən
0
cebheinfo.az

1Mənbələr