AZ

Maliyyə naziri Zəngəzur dəhlizindən danışdı

“Zəngəzur dəhlizi regional əlaqəni və iqtisadi inteqrasiyanı gücləndirəcək strateji təşəbbüsdür”.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın İtalyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısına müraciətində deyilir.

Nazir bildirib ki, bu dəhliz regionda malların, xidmətlərin və insanların hərəkətini asanlaşdıraraq Asiya ilə Avropa arasında mühüm əlaqə rolunu oynayır.

“Bu dəhlizə investisiya qoymaqla, Azərbaycan yeni iqtisadi imkanlar açmaq, dayanıqlı inkişafı təşviq etmək və qonşu dövlətlər arasında daha geniş əməkdaşlığa kömək etmək məqsədi daşıyır. Zəngəzur dəhlizi təkcə fiziki infrastruktur layihəsi deyil, o, davamlı tərəfdaşlıqlar qurmaq və bütün region üçün sabitliyin və rifahın təmin edilməsi öhdəliyini ifadə edir”.

Seçilən
0
teleqraf.com

1Mənbələr