BAKI, 6 may. TELEQRAF
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (BOKT) balansında olan daşınmaz əmlak hərraca çıxarılır.
Əmlak Məslələri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi 25 yerləşən qeyri-yaşayış binası satışa qoyulacaq.
Hərrac iyunun 4-ü saat 11:00-da keçiriləcək.
Onu da bildirək ki, hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı da yaradılır.