Göyərtəsində onlarla sərnişinin olduğu "Rossiya Hava Yolları"na məxsus təyyarə texniki nasazlıq səbəbindən Yujno-Saxalinskdə məcburi eniş edib.
Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun Telegram kanalında məlumat verilib.
Bildirilir ki, insident çərşənbə axşamı, mayın 6-da Blaqoveşenskdən uçan “Sukhoi Superjet 100” təyyarəsində baş verib. Eniş təhlükəsiz olub və 72 sərnişindən heç biri xəsarət almayıb. Hava limanının xidmətləri adi iş rejimində çalışıb./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta