AZ

Gürcüstanın müdafiə naziri Azərbaycanın da iştirak etdiyi təlimi izlədi

TBİLİSİ, 6 may. TELEQRAF

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə birgə “NATO-Gürcüstan 2025” təliminin gedişi ilə tanış olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Təlimin rəhbəri, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin komandiri, polkovnik David Qaqua təlimdə istifadə olunan simulyasiya vasitələri barədə məlumat verib. İ. Çikovani təlim prosesini yerində müşahidə edib, mərkəzin qərargahında nümayiş etdirilən avtomobillərə və simulyasiya avadanlıqlarına baxıb.

Qeyd edək ki, aprelin 28-də başlayan çoxmillətli təlimdə NATO-ya üzv və tərəfdaş 17 ölkə – Gürcüstan, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Polşa, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Azərbaycan, Moldova, Ermənistan və Tunis iştirak edir. Təlimə mayın 8-də yekun vurulacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr