“Qalatasaray” futbolçusu Kaan Ayhan ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.
Kaan “Qalatasaray”da 93 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 6 məhsuldar ötürmə edib.