Bakı. Trend:
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan KreditTəşkilatının (BOKT) balansında olan qeyri-yaşayış binası satışaçıxarılır.
Trend-inməlumatına görə, satışa çıxarılacaq qeyri-yaşayış binası Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi 25-dəyerləşir.
Hərracın iyunun 4-də saat 11:00-da keçirilməsi nəzərdətutulub.
Qeyd olunub ki, məlumatın dərc olunduğu gündən hərracda iştiraketmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışaçıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.