Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən binanın 14 milyon manata satıldığı deyilir.
“Avesta Konserni”nin sahibi, iş adamı hacı İbrahim Nehrəmliyə məxsus olmuş binanın yeni sahibi də məlum olub. Belə ki, “Avesta Konserni” binasının yeni sahibi Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevdir.
Hazırda da Elşən Vəliyev sözügedən binada ofislərin təhvil-təslimi işinə rəhbərlik edir.
Elşən Vəliyev ixtisasca hüquqşünasdır, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisidir.
Binanın yeni səhmdarlarından birinin də Dubaydan olan iş adamı olduğu deyilir.
Xatırladaq ki, “Avesta Konserni” 1996-cı ildə fəaliyyətə başlayıb.

Vaqif Hüseynli
Demokrat.az
10Mənbələr
-
poliqon.infoXanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı ( 17058077)
-
nocomment.az“Xanlar Vəliyev bina alandır?” — Hacı İbrahim “Avesta Konserni”nin satılmasından DANIŞDI ( 17047754)
-
valyuta.azHacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı –FOTO ( 17042996)
-
reyting.azXanlar Vəliyevin oğlu 14 milyonluq binanı alıb ( 17039801)
-
reyting.azXanlar Vəliyevin oğlu 14 milyonluq binanı alıb ( 17037518)
-
sfera.azHacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO ( 17037122)
-
turkustan.azHacı İbrahim məşhur binasını Xanlar Vəliyevin oğluna satdı – FOTO ( 17036927)
-
editor.azHacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı ( 17036789)
-
yenisabah.azHacı İbrahim məşhur binasını Xanlar Vəliyevin oğluna satdı — 14 milyona ( 17036276)
-
bizim.mediaHacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO ( 17035994)