İranın cənubundakı Kirman vilayətində hökumət idarələri enerjiyə qənaət məqsədilə bağlanacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər Agentliyi (İSNA) məlumat yayıb.
Açıqlamada bildirilib ki, "Enerji İstehlakının İdarə Edilməsi İşçi Qrupunun qərarına uyğun olaraq, ölkənin enerji sabitliyinə töhfə vermək məqsədilə əyalətdə təcili yardım, səhiyyə, xidmət, hərbi və təhlükəsizlik mərkəzləri istisna olmaqla, bütün dövlət idarələri, dövlət qurumları, banklar, körpələr evi, məktəblər, universitetlər və ali təhsil müəssisələri bağlanacaq".