AZ

"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 4-də "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan,  Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışı üzrə hərrac keçirəcək. 

"Report" bu barədə ƏMDX-ya istinadən xəbər verir. 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır. 

Seçilən
0
2
report.az

3Mənbələr