AZ

Nazirlik rəsmisi: Sərgidə seçdiyimiz universitetlərlə aqroparkların əməkdaşlığı çərçivəsində məhsullar nümayiş etdiriləcək

Bakı, 6 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi gələn həftə Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində süni intellekt əsaslı layihə təqdim edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli sərgilərə həsr olunmuş mətbuat konfransında deyib.

AZƏRTAC-ın müxbirinin sualını cavablandıran şöbə müdiri qeyd edib ki, kənd təsərrüfatının rəqəmsallaşması dünyada labüd bir hadisədir: “Hazırda biz süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlı xüsusi platforma hazırlayırıq. Bununla əlaqədar həmkarlarımıza müvafiq məlumatlar çatdırırıq. Sərgi dövründə bizim seçdiyimiz 10 universitet ilə 10 iri aqroparkın kollaborasiyası nəticəsində onların təqdim etdiyi süni intellekt əsaslı məhsullar nümayiş etdiriləcək. Universitetlərdə təhsil alan tələbələr aqroparklar qarşısında bir öhdəlik, vəzifə, tələb qoyurlar. Bu, həm tələbələr üçün gələcəkdə iş yerlərinə hazırlıq olacaq, həm də Azərbaycanın süni intellektin inkişafı üçün xırda rüşeym formasında düşünülüb. Bunların hamısı sərgidə Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda təqdim olunacaq”.

Seçilən
0
1
azertag.az

2Mənbələr