AZ

Bakıda 3 milyon 400 min manata mənzil satılır - FOTOLAR

BAKI, 6 may. TELEQRAF

Port Baku Residence-də 5 otaqlı lüks mənzil 3 400 000 manata satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, mənzil 32 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 263.9 kvadratmetrdir. Mənzilin bir kvadratmetrinə düşən dəyəri isə 12 884 manat təşkil edir.

Onu da bidlirək ki, sözügedən mənzildə hər otaq özünə məxsus hamam otağı və qarderob ilə təchiz edilib. Ayrıca, mənzildə ümumi çamaşır otağı və bilyard masası da mövcuddur.

Elanda qeyd edilənə görə, mənzilin bütün rəsmi sənədləri də tam qaydasındadır.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr