Elektrik cərəyanını keçirən yeni bakteriya növü kəşf edilib
7NEWS.az xəbər verir ki, alimlər ABŞ-ın Oreqon sahillərində elektrik cərəyanını keçirən yeni bakteriya növü kəşf etdiklərini açıqlayıb. Cheng Li və professor Clare Reimers bu bakteriyanın elektrik cərəyanını məftil kimi keçirə biləcəyini bildiriblər. Hüceyrələri uzun saplar əmələ gətirmək üçün bir-birinə bağlanan bakteriyalar, nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşıya bilirlər.