AZ

"Bütün Avropa Rusiyaya qarşıdır"- Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, demək olar ki, bütün Avropa Rusiyaya qarşı münaqişədə iştirak edir. 

 

Sfera.az “TASS” Agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu qüvvələr Ukraynadakı Vladimir Zelenski rejimini dəstəkləməklə nasist bayraqları altında birləşiblər.

 

“Bu gün müəyyən qüvvələr faşist pankartları altında bizə qarşı birləşiblər. Onlar Zelenskinin məşəl yürüşləri keçirən, anti-Rusiya və irqçi xarakter daşıyan rejimini dəstəkləyirlər. Zelenskinin döyüşə göndərdiyi əsgərlərin bəziləri isə qollarında nasist diviziyalarının emblemlərini daşıyır. Bu qüvvələr açıq şəkildə döyüş meydanında bizə qarşı düşmənçilik etmək niyyətində olduqlarını bəyan ediblər. Bu, ağlasığmaz bir əməliyyat planıdır”, – Lavrov Rusiyanın Xarici İşlər Nazirliyinin binasındakı xatirə lövhələrinə əklil qoyma mərasimində deyib.

 

Nazir əlavə edib ki, bu gün təkcə Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini qorumaq vacib deyil, həm də həmin dövrdən alınan diplomatik dərsləri yadda saxlamaq lazımdır:

 

“Bu, həm də gələcək onilliklər və əsrlər üçün inkişafın təmin olunması baxımından vacibdir”.

 

Lavrov çıxışında Böyük Britaniyanın SSRİ-yə qarşı hazırladığı “Ağılsızlıq” adlı gizli əməliyyata da diqqət çəkib. Onun sözlərinə görə, bu plan hazırda Rusiyaya qarşı strateji məğlubiyyət ssenarilərini xatırladır.

 

“Bu gün həmin tarixi təcrübə bizim üçün əvəzsizdir. Sadəlövhlük göstərmədən, boş vədlərə aldanmadan, yalnız öz maraqlarımız əsasında koalisiyalar qurmaq təcrübəsi bu gün də aktuallığını qoruyur. Prezident Putin də bu mövzuya yaxınlarda verdiyi bir müsahibədə toxunmuşdu”, – Lavrov vurğulayıb.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr