“İnter”in aparıcı oyunçularından biri, 27 yaşlı fransalı mərkəz hücumçusu Markus Türam məişət zorakılığı ilə bağlı ittihamla üzləşib.
Arena.az məlumat verir ki, Türamı, böyüklər üçün filmlərin aktrisası Şarlotta Laviş ittiham edib.
Qadın sosial şəbəkələr üzərindən səkkizdəqiqəlik videoçarx paylaşaraq, guya Markus tərəfindən ona yetirilmiş xəsarətlərin izlərini nümayiş etdirib. Videoçarx internet şəbəkəsində, “İnter”in “Barselona” ilə Milanda Çempionlar Liqasının yarımfinal mərhələsinin bu gün keçiriləcək vacib cavab oyununa çıxacağı ərəfədə peyda olub.
Xanım Laviş iddia edir ki, Markus Türam ona bu zülmü, futbolçu hələ Mönhenqladbax “Borussiya”sında çıxış edərkən yaşadıb. Üstəlik, videoda görünür ki, Markus qadını otağa salaraq dustaq edib, sonra isə üstünə atılaraq, sözügedən, indi qalmaqla səbəb olmuş, o vaxt çəkilmiş videonu silməyə çalışıb. Videoda digər hoqqalar da yer alıb, qadın başına gəlmiş müsibəti nəql edir və s.
Abunəçilərin, qadının bu videonu hadisədən üç il sonra, niyə məhz indi yadığını haqda sualına isə Laviş cavab verib ki, məqsədi futbolçudan “pul qoparmaq” deyil. Həmçinin Laviş əlavə edib ki, Türamın, bu hoqqasına görə heç cür cəzalandırılmayacağını hesab edir.