May ayının ilk bazar ertəsi Nyu-Yorkda ənənəvi olaraq Metropolitan İncəsənət Muzeyində Kostyum İnstitutunun illik xeyriyyə balı "Met Gala" baş tutub.
Publika.az xəbər verir ki, tədbirdə "Əl-Nəsr"in forvardı Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez də iştirak edib. Argetinalı gözəl möhtəşəm məşhur moda gecəsində "Vetements" paltarında debüt edib.
O, mərasimin diqqətçəkən simalarından biri olub.
Gecənin mövzusu “Yüksək İncəsənət: Qara Dəbdə Dərzilik Sənəti” kimi tərcümə edilə bilən “Superfine: Tailoring Black Style” olub. Bu, afroamerikalıların özünüifadə, müqavimət və şəxsiyyət təsdiqi forması kimi zərif geyimlərdən istifadə etdikləri mədəni və moda hərəkatı - qara zərifliyə həsr olunub.