ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abdullah Kavukçunun rəhbərlik etdiyi "Qalatasaray" rəhbərliyi bütün sponsorluq təşəbbüslərini tamamlayıb.
BAKU.WS xəbər verir ki, "sarı-qırmızılılar" Viktor Osimhenin transferi üçün Türkiyə futbol tarixinə düşəcək məbləğ hazırlayıb.
Viktor Osimhenin transfer haqqını almaq üçün səfərbərlik elan edən "Qalatasaray" ilk maneəni tamamilə aşıb. İlk olaraq "Sportif A.Ş. Simit Sarayı"nın meneceri və sahibi Abdullah Kavukcunun verdiyi sponsorluq vədindən əlavə, digər idarəçilərin təşəbbüsləri ilə resurslar da hazırlanıb.
Bildirilir ki, "Qalatasaray" 66 milyon avroluq ödənişi Osimhen üçün "Napoli"yə göndərə bilər.
Qeyd edək ki, transfer məbləği 75 milyon avro olan nigeriyalı üçün mövsümün əvvəlində "Qalatasaray"la "Napoli" arasında 9 milyon avroluq kredit müqaviləsi bağlanıb və razılaşmanın 66 milyon avroya başa gələcəyi iddia olunur.
"CimBom" rəhbərliyi ulduz futbolçuya Çempionlar Liqasında oyanamağı, daha bir mövsüm klubda keçirməyi və növbəti mövsümdən Avropaya transfer oluna biləcəyi vədini verib.
Futbolçu ilə "Çelsi", "Mançester Yunayted" və "Barselona" klubları maraqlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.