AZ

Peskov: Rusiya ABŞ ilə dialoqu davam etdirir, vasitəçi dəyişikliyi gündəmdə deyil

BAKI, 6 may. TELEQRAF

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirir və hazırda danışıqlarda vasitəçinin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hazırda vasitəçinin dəyişdirilməsi məsələsi müzakirə olunmur. Amerika tərəfi ilə dialoq davam edir. Eyni zamanda, biz sülh yolu ilə həllə töhfə verməyə hazır olan bütün ölkələrin səylərini alqışlayırıq”,- o qeyd edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr