Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şou-biznesdə ən varlı və daha çox mülkləri olan müğənninin adı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Həftənin qonağı" verilişinə dəvət olunan Əməkdar artist Vasif Məhərrəmli bildirib. Onun sözlərinə görə, şou-biznesin ən varlı sənətçisi Əməkdar artist Nüşabə Ələsgərlidir:
"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq. Qızına Belçikada, oğluna Estoniyanın paytaxtı Tallində ev alıb".
Daha sonra aparıcı Ulvira Qarayeva bu barədə Ələsgərlidən soruşduğunu, belə olmadığını bildirib.
Vasif isə həmkarının yalan danışdığını vurğulayıb:
"Yalan deyir. Amma halal xoşu olsun, əziyyət çəkir. Burada da qəşəng evi, bağı, obyekti var".
Ətraflı videoda:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.