İngiltərə millisinin sabiq üzvü Maykl Ouen Premyer Liqanın 35-ci turu çərçivəsində keçirilmiş “Çelsi” – “Liverpul” oyununu (3:1) şərh edib
Arena.az veteran hücumçunun müvafiq qənaətini təqdim edir:
“Çelsi” qələbəyə layiq idi, amma “Liverpul” da əla oyun göstərdi. Onların işinə münasibətindən görünürdü ki, bu komanda əsl çempiondur”, deyə Ouen vurğulayıb.
“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Qari Nevill də bu oyunu şərh edib. İngilis mütəxəssisin müvafiq qənatəini təqdim edirik:
“Londonlular üçün böyük qələbədir. Hamı başa düşürdü ki, UEFA Çempionlar Liqasına düşmək uğrunda mübarizə aparmaq üçün nəticə əldə etməyə müvəffəq olmaq nə qədər vacib idi. Bu oyunda qonaqlar diqqətdən kənarda idilər. Bütün diqqət “Çelsi”yə yönəlmişdi”, deyə Nevill vurğulayıb.
Qeyd edək ki, cari mövsümdə keçirdiyi 35 oyundan topladığı 63 xalla “Çelsi” Premyer Liqanın yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Zadəganlar” növbəti mövsümün UEFA Çempionlar Liqasında iştiraka vəsiqə verən ilk dördlüyə düşmək uğrunda mübarizə aparırlar.