AZ

İran yeni ballistik raketini nümayiş etdirib

İran yerli olaraq hazırladığı yeni “Qassem Baseer” ballistik raketini nümayiş etdirib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, o, “Martyr Haj Qassem” ballistik raketinin təkmilləşdirilmiş versiyasıdır.

Qeyd olunub ki, 1200 kilometr məsafəyə olan yeni ballistik raket bərk yanacaqla işləyir. “Qassem Baseer”, döyüş başlığında edilən dəyişikliklər sayəsində hava hücumundan müdafiə sistemlərini vurmaq üçün manevr edə bilir.

Bundan əlavə, raket, hədəfləri dəqiq vurmağa imkan verən və elektron müharibəyə davamlı olan təkmil naviqasiya sistemi ilə təchiz edilib.

Seçilən
0
poliqon.az

1Mənbələr