AZ

HƏMAS: İsrail girovların həyatını təhlükəyə atır

BAKI, 6 may. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı bildirib ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi girovların həyatını təhlükəyə atır.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS özünün “Telegram” kanalında açıqlama yayıb.

“İsrail hökumətinin Qəzzada əməliyyatı genişləndirmək qərarı, orada saxlanılan girovları qurban verməyə hazır olduqlarını göstərir”,- açıqlamada deyilir.

HƏMAS BMT-yə və dünya ictimaiyyətinə çağırış edərək, İsrailin bu addımlarını dayandırmağa və onu məsuliyyətə cəlb etməyə çağırıb.

Bundan əvvəl, İsrailin hərbi-siyasi rəhbərliyi Qəzza zolağında əməliyyatların miqyasını artırmaq planını təsdiqləyib. Bu plan Qəzzada daha çox əraziyə nəzarət etməyi nəzərdə tutur.

İsrailin məlumatına görə, hazırda HƏMAS 24 nəfər girovu və 35 ölmüş əsirin cəsədini saxlayır.

Seçilən
0
teleqraf.com

1Mənbələr