Türkiyə millisinin futbolçusu Kaan Ayhan “Qalatasaray”la müqaviləsinin müddətini uzadıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Belə ki, təcrübəli müdafiəçi 2027-ci ilin yayınadək İstanbul təmsilçisinin formasını geyinəcək.
Kaan Ayhan “Qalatasaray”ın heyətində 93 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.