AZ

“Qalatasaray” futbolçusu isə müqavilənin müddətini uzadıb

Bakı, 6 may, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Kaan Ayhanla yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçu ilə sözləşmənin müddəti daha 1 il uzadılıb. Yeni anlaşmaya əsasən, təcrübəli müdafiəçi 2027-ci ilin yayınadək İstanbul təmsilçisinin formasını geyinəcək.

Kaan Ayhan “Qalatasaray”ın heyətində 93 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
2
azertag.az

3Mənbələr